İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) məxsus "Birgə İnvest" MMC nizamnamə kapitalını azaltdığını elan edib.
“Report” bu barədə Iqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetinə istinadən xəbər verir.
Bununla belə, kommersiya qurumu kapitalındakı azalmanın nə qədər olacağını açıqlamayıb.
Xatırladaq ki, "Birgə İnvest" 2019-cu ilin noyabr ayında "Biznesin İnkişafında Rahat Güvənli Əməkdaşlıq" adı ilə yaradılıb, bu ilin aprel ayında rebrendinq edib. Kommersiya qurumu KOBİA-nın dəstəyi ilə reallaşdırılan “Çiçəklənən Abşeron” layihəsinin koordinatorlarından biridir.
Şirkətin nizamnamə kapitalı dövlət qeydiyyatına alınan zaman 500 min manat olub, sonradan bu rəqəm 1 milyon manata, daha sonra isə 4,5 milyon manata çatdırılıb.