KOBİA: "Təhsil müəssisələri ilə bağlı biznes layihələri azdır"

KOBİA: "Təhsil müəssisələri ilə bağlı biznes layihələri azdır" "Biz təhsil müəssisələrinin inkişafı üçün investisiyaların cəlb edilməsinə dəstək verə bilərik, lakin bu cür biznes layihələri azdır".
Biznes
31 May , 2022 12:27
KOBİA: Təhsil müəssisələri ilə bağlı biznes layihələri azdır

"Biz təhsil müəssisələrinin inkişafı üçün investisiyaların cəlb edilməsinə dəstək verə bilərik, lakin bu cür biznes layihələri azdır".

"Report" xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Təhsil Nazirliyinin dəstəyi ilə təşkil edilmiş “Təhsil biznesi: problem və perspektivlər” mövzusunda ictimai müzakirədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov deyib.

"Bunun üçün ilk növbədə konkret layihə olmalıdır ki, onu bazamıza salaq və təşviq edək. Bir çox hallarda bu cür layihələrin qıtlığı görünür", - deyə O.Məmmədov qeyd edib.

O , təhsil müəssisələrinin sərgilərdə iştirakına da oxunub:" Biz özəl təhsil sektorunun sərgilərdə iştirakına maliyyə dəstəyi göstəririk. Müxtəlif məsələlərdə imkan yaradırıq ki, sahibkarlar çıxış eləsin. Bunun üçün agentliyə müraciət etməlisiniz. Bundan sonra, iştirak məsələnizə baxıla bilər. Əlbəttə ki, seçim var, sərgilər və sərgilərin konsepsiyası da məhduddur".

Son xəbərlər

Orphus sistemi