İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) biznes əməkdaşlığı üçün yerli tərəfdaşların müəyyən edilməsində Rusiyanın işgüzar dairələrinə dəstək ola bilər.
"Report" xəbər verir ki, bunu KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda “Moskva-Bakı: iki paytaxtın dialoqu” mövzusunda keçirilən konfransda bildirib.
O.Məmmədov, bunun üçün KOBİA-nın ölkə regionlarında geniş KOB dostu şəbəkəsinə malik olduğunu diqqətə çatdırıb.
KOBİA sədri ölkələrimiz arasında kiçik və orta biznes sahəsində əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikirlərini bölüşüb. Qeyd olunub ki, KOB sahəsində Agentlik Rusiyanın aidiyyəti qurumları ilə əməkdaşlıq edir.
KOBİA Rusiyada keçirilən biznesyönümlü tədbirlərin fəal iştirakçısıdır.
O.Məmmədov qonaqlara Agentliyin fəaliyyəti, KOB-lara göstərilən dəstək və xidmətlər barədə məlumat verib.