Yaxın aylarda Riqa şəhərində Latviya-Azərbaycan hökumətlərarası komissiyanın növbəti iclası keçiriləcək.
“Report”un Şərqi Avropa bürosunun Riqadakı diplomatik mənbələrdən əldə etdiyi məlumata görə, bununla bağlı ikitərəfli razılıq əsasında qərar qəbul olunub.
Komissiyanın iclasının yaz aylarından birində keçirilməsi nəzərdə tutulur. Yaxın zamanda iclasın dəqiq tarixi və proqramı məlum olacaq.