“LG” şirkəti ağıllı telefonların istehsalını dayandıra bilər

“LG” şirkəti ağıllı telefonların istehsalını dayandıra bilər “LG”nin bu ilin fevral ayından çevik ekranlı telefonlarının inkişafını dondurub
Biznes
25 Mart , 2021 15:59
 “LG” şirkəti ağıllı telefonların istehsalını dayandıra bilər

Cənubi Koreyanın “LG” şirkəti ağıllı telefonların (smartfon) istehsalını dayandıra bilər.

"Report" xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən xəbər verir.

Məlumata görə, “LG”nin bu ilin fevral ayından çevik ekranlı telefonlarının inkişafını dondurub. Növbəti qərar şirkətin ilin birinci yarısında planlaşdırılan yeni smartfonların təqdimatını təxirə salması oldu.

İnsayderlər "LG"nin Vyetnam konqlomeratı "Vingroup" və avtomobil istehsalçısı "Volkswagen AG" ilə zərərsiz smartfon istehsalı və satışına dair danışıqlar apardığını, ancaq danışıqların uğursuz olduğu ortaya çıxıb.

"LG"nin son yüksək profilli inkişafı Rollable smartfonudur. Layihə CES 2021-ci ildə təqdim olundu və mənbələrə görə bu smartfonun sertifikatlaşması başlayıb.

Son xəbərlər

Orphus sistemi