Almaniyanın “Lufthansa” aviaşirkəti bu ilin sonuna qədər xarici işçilərini 20 min nəfər azaltmaqla yanaşı, 7,5 min nəfərin çalışdığı göyərtədə qidalanma ilə məşğul olan LSG bölməsini də satmaq niyyətindədir.
“Report” “Bild am Sonntag”a istinadən xəbər verir ki, “Lufthansa”nın törəmə şirkətləri olan “Eurowings”, “Swiss”, “Austrien” və “Brussels Airlines” koronavirus pandemiyası səbəbi ilə uçuşlara olan tələbatın azalması fonunda uçuş tezliyini, parkı və personalı azaldır.
Qəzetin yazdığına görə, əsasən daxili uçuşlara xidmət edən “German Airline” gələn il 10 min iş yerini ixtisara sala bilər. Nəşr aviadaşımaların yalnız 2025-ci ildə pandemiyadan əvvəlki səviyyəyə çatacağının gözlənildiyini yazıb.