Mask milyarderlərin reytinqində Zukerberqi üstələdi

Mask milyarderlərin reytinqində Zukerberqi üstələdi “SpaceX” və “Tesla” şirkətlərinin baş direktoru İlon Mask həm “Forbes”, həm də “Bloomberg”in milyarderlər reytinqində “Facebook” qurucusu və rəhbəri Mark Zukerberqi geridə qoyub.
Biznes
19 Noyabr , 2020 12:13
Mask milyarderlərin reytinqində Zukerberqi üstələdi
İlon Mask

“SpaceX” və “Tesla” şirkətlərinin baş direktoru İlon Mask həm “Forbes”, həm də “Bloomberg”in milyarderlər reytinqində “Facebook” qurucusu və rəhbəri Mark Zukerberqi geridə qoyub.

“Report” RBK-ya istinadən xəbər verir ki, Mask “Bloomberg”in milyarderlərin qlobal sıralamasında 3-cü yerə yüksəlib.

Noyabrın 19-na olan məlumata görə, onun sərvəti 120 milyard ABŞ dollar, Zukerberqinki isə 103 milyard ABŞ dollar təşkil edir. İlk yerdə “Amazon”un qurucusu Ceff Bezos (183 milyard ABŞ dolları) qərarlaşıbsa, “Microsoft”un qurucusu Bill Geyts 128 milyard ABŞ dolları həcmindəki sərvəti ilə reytinqin ikinci sırasında yer tutub.

“Forbes” jurnalının reytinqində isə Mask (105,4 milyard ABŞ dolları) Zukerberqi (99,9 milyard ABŞ dolları) üstələyərək 4-cü olub. Bu reytinqdə də Bezos (182,4 milyard ABŞ dolları) liderlik edir. “Louis Vuitton Moët Hennessy”nin rəhbəri Bernar Arno (139 milyard ABŞ dolları) ikinci, Geyts (118,6 milyard ABŞ dolları) isə üçüncü sırada qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi