“McDonald’s Azerbaijan”ın əməkdaşlarının koronavirusa qarşı könüllü peyvəndlənməsinə başlanılıb

“McDonald’s Azerbaijan”ın əməkdaşlarının koronavirusa qarşı könüllü peyvəndlənməsinə başlanılıb İşçilərə “Sinovac Biotech” şirkətinin istehsal etdiyi “CoronoVac” vaksini vurulur
Biznes
16 Aprel , 2021 10:39
“McDonald’s Azerbaijan”ın əməkdaşlarının koronavirusa qarşı könüllü peyvəndlənməsinə başlanılıb

Bu gün rəhbərlik başda olmaqla, “McDonald’s Azerbaijan” şirkətinin əməkdaşlarının “Sinovac Biotech” şirkətinin istehsal etdiyi “CoronoVac” vaksini ilə peyvəndlənməsinin birinci mərhələsinə başlanılıb.

Əməkdaşların və restoran qonaqlarının təhlükəsizliyi hər zaman “McDonald’s Azerbaijan” şirkəti üçün əsas iş prinsiplərindən olub. Bu səbəbdən, əməkdaşların peyvənd olunması koronavirusa qarşı qəbul edilmiş profilaktik tədbirlərə riayət olunmanın məntiqi davamıdır.

“Məlum olduğu kimi ÜST-nin bəyanatlarına uyğun olaraq, Azərbaycanda əhalinin 70%-nin peyvəndlənməsi qarşıya məqsəd qoyulub. İctimai iaşə sahəsinin nümayəndələri olaraq bilirik ki, ölkədəki gələcək epidemioloji vəziyyət əhalinin kafe və restoranlara getməsinin nə dərəcədə təhlükəsiz olmasından asılıdır. Əməkdaşların peyvəndlənməsi təkcə onların deyil, həm də qonaqların təhlükəsizliyini təmin etməyə imkan verəcək. Bu isə öz növbəsində, karantin rejiminin potensial sərtləşdirilməsindən yayınmağa və daha qısa zamanda normal həyata qayıtmağa imkan yaradacaq.

Bu səbəbdən, “McDonald’s Azerbaijan” şirkətinin rəhbərliyi ölkənin müəyyənləşdirdiyi strategiyaya riayət edərək, hazırki reallıqda yeganə düzgün çıxış yolunu - əməkdaşların peyvəndlənməsi yolunu seçib”, - şirkətdən bildiriblər.

Qeyd etmək lazımdır ki, şirkət əməkdaşlarının peyvəndlənməsi könüllülük prinsipi əsasında həyata keçirilir. Bununla belə, bu prosedurdan keçməzdən öncə şirkət əməkdaşları mütləq tibbi baxışdan keçirlər.

“Yalnız peyvəndləmə koronavirusun yayılmasının qarşısını almağa, kollektiv immunitet yaratmağa və pandemiyanın çoxdandır gözlənilən sonunu yaxınlaşdırmağa imkan verəcək”, - deyə vaksinin ilk dozası vurulmuş şirkət əməkdaşları bildiriblər.

Xatırladaq ki, pandemiyanın başlandığı vaxtdan etibarən Azərbaycanda koronavirus infeksiyası ilə mübarizə tədbirləri çərçivəsində müəyyən edilmiş qaydalara uyğun olaraq, “McDonald’s Azerbaijan” şirkəti əməkdaşların və restoranlara gələn qonaqların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlər görülüb. Belə ki, işçi heyəti üçün fərdi mühafizə vasitələri (maskalar, dezinfeksiyaedici vasitələr, qoruyucu lövhələr) əldə edilib. “McDonalds Azerbaijan” şirkətinin bütün filiallarında mütəmadi dezinfeksiya işləri aparılır, əməkdaşların temperaturu ölçülür və qonaqların sosial məsafəyə riayət etməsi üçün bütün lazımi şərait yaradılıb.

Bundan başqa, bütün məkanlarda əməkdaşlar üçün məlumat lövhələri, sanitar və şəxsi gigiyena qaydaları haqqında tədris materialları yerləşdirilib. Bundan başqa, qanunvericiliyin tələblərinə uyğun olaraq, bütün əməkdaşlar mütəmadi tibbi baxışdan keçirlər.

Son xəbərlər

Orphus sistemi