“McLaren” bütövlükdə elektrik mühərriklərə keçəcək

“McLaren” bütövlükdə elektrik mühərriklərə keçəcək “McLaren” şirkəti 2030-cu ilədək ənənəvi mühərriklərdən imtina edərək bütövlükdə elektrik, yaxud hybrid avtomobil istehsalına keçmək niyyətindədir.
Biznes
25 Avqust , 2020 20:42
“McLaren” bütövlükdə elektrik mühərriklərə keçəcək

“McLaren” şirkəti 2030-cu ilədək ənənəvi mühərriklərdən imtina edərək bütövlükdə elektrik, yaxud hibrid avtomobil istehsalına keçmək niyyətindədir.

“Report” FT-yə istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Maykl Fluit məlumat verib.

“Biz yanacaq mühərriklərini qarşıdakı on il ərzində hazırlayacaq, 15 il ərzində satacağıq, lakin təqribən 2035-ci ilədək dünyanın əksər hissəsində artıq bütövlüklə elektromobillərə keçiləcəyini gözləyirik”, - o deyib.

İlkin olaraq hibrid avtomobilləri buraxmağı nəzərdə tutan şirkət sırf elektrik avtomobil istehsalına sonrakı mərhələdə keçmək niyyətindədir.

Bununla yanaşı, “McLaren” avtomobillərinin hissələrinin də ölkə daxilində istehsalını artırmaq hədəflənir. Şirkət rəhbərinin dediyinə görə, yeni modellərdə belə hissələrin payı 60 faizə çatdırılacaq ki, bununla da əlavə rüsum ödəmək zərurəti ortadan qalxacaq.

Son xəbərlər

Orphus sistemi