Azərbaycan Gürcüstandan dondurulmuş mal əti idxalını kəskin artırıb

Azərbaycan Gürcüstandan dondurulmuş mal əti idxalını kəskin artırıb Bu ilin yanvar-iyun aylarında Azərbaycan Gürcüstandan 1 540 ton dondurulmuş mal əti tədarük edib.
Biznes
20 İyul , 2020 17:10
Azərbaycan Gürcüstandan dondurulmuş mal əti idxalını kəskin artırıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan Gürcüstandan 1 540 ton dondurulmuş mal əti tədarük edib.

Bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.

Qonşu ölkədən Azərbaycana idxal olunan dondurulmuş qida məhsulunun ümumi dəyəri 6,48 milyon ABŞ dollarına bərabər olub.

Ötən ilin analoji dövrü ilə müqayisədə Gürcüstanın Azərbaycana ixrac etdiyi dondurulmuş mal ətinin həcmi 1 530,2 ton və ya 157 dəfə artıb. 

Son xəbərlər

Orphus sistemi