Bu ilin I yarısında Gürcüstan Azərbaycandan 6,61 milyon ABŞ dolları dəyərində 132 min ton sement idxal edib.
Bu barədə “Report”un yerli bürosuna Gürcüstanın Milli Statistika İdarəsindən bildirilib.
İllik müqayisədə Azərbaycanın qonşu ölkəyə ixrac etdiyi sementin həcmi 37,8% azalıb.