ABŞ-ın Müdafiə Nazirliyi - Pentaqon yeni nəsil hərbi başlıqların istehsalına dair ölkənin texnologiya nəhəngi “Microsoft” şirkətl ilə razılıq əldə edib.
“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, tərəflər arasında ümumi dəyəri 21,88 milyard ABŞ dolları olan müqavilə imzalanıb. Müqavilə çərçivəsində “Microsoft” yaxın 5 il ərzində ABŞ ordusu üçün 120 min hərbi başlıq istehsal edəcək. Müqavilənin müddətinin daha 5 il müddətinə uzadılacağı istisna edilmir.
Xatırladaq ki, Pentaqon ötən il 10 milyard dollarlıq "bulud” texnologiyasının hazırlanmasını da “Microsoft”a etibar etmişdi.