Mikayıl Cabbarov: "Azərbaycanın ÜDM-i 2019-cu ilə nisbətən 11 milyard manat artıb"

Mikayıl Cabbarov: "Azərbaycanın ÜDM-i 2019-cu ilə nisbətən 11 milyard manat artıb" "2021-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) nominal dəyəri 93 milyard manat olub, bu isə 2019-cu illə müqayisədə 11 milyard manat çoxdur".
Biznes
19 Yanvar , 2022 14:15
Mikayıl Cabbarov: Azərbaycanın ÜDM-i 2019-cu ilə nisbətən 11 milyard manat artıb

"2021-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) nominal dəyəri 93 milyard manat olub, bu isə 2019-cu illə müqayisədə 11 milyard manat çoxdur".

"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"2020-ci ildə koronavirus (COVID-19) pandemiyaya görə ÜDM azalsa da, ötən il bu göstərici 2019-cu ilə nisbətən bərpa olunmaqla yanaşı, həm də artıb", - deyə o qeyd edib.

Bunda baqşa, nazirin sözlərinə görə, ötən il ölkəmizdə adambaşına ÜDM 5 452 ABŞ dollarını üstələyib ki, bu da 2019-cu ilin göstəricisindən 590 dollar çoxdur. 

Son xəbərlər

Orphus sistemi