Mikayıl Cabbarov gəncləri təbrik edibİqtisadiyyat naziri Mikayıl Cabbarov 2 fevral – Azərbaycan Gəncləri Günü mübasibəti ilə ölkənin gənc vətəndaşlarını təbrik edib.
İqtisadiyyat naziri Mikayıl Cabbarov 2 fevral – Azərbaycan Gəncləri Günü münasibəti ilə ölkənin gənc vətəndaşlarını təbrik edib.
"Report" xəbər verir ki, nazir təbrikini "X" sosial şəbəkəsindəki hesabında çatdırıb.
"Gənclərimizin vətənpərvərliyi, ictimai-siyasi həyatdakı fəal mövqeyi, peşəkar kadr potensialının formalaşmasında yaxından iştirakı və beynəlxalq müstəvilərdə ölkəmizi yüksək səviyyədə təmsil etməsi qürurvericidir. Onların iqtisadi fəallığının artırılmasına, gənc sahibkarlara dəstək fəaliyyətimizin mühüm istiqamətlərindəndir. Bugünkü əlamətdar tarix münasibətilə gənclərə təbriklərimizi çatdırır, firavanlıq, uğurlar və yüksəliş arzulayırıq", - deyə o qeyd edib.
Bu gün 2 fevral – #Azərbaycan Gəncləri Günüdür. Gənclərimizin vətənpərvərliyi, ictimai-siyasi həyatda fəal mövqeyi, peşəkar kadr potensialının formalaşmasında yaxından iştirakı və beynəlxalq müstəvilərdə ölkəmizi yüksək səviyyədə təmsil etməsi qürurvericidir. Onların iqtisadi… pic.twitter.com/jHt3FIJnGd