Mikayıl Cabbarov: "I rübdə qeyri-neft ixracı 16 % artıb"

Mikayıl Cabbarov: "I rübdə qeyri-neft ixracı 16 % artıb" "Bu ilin ilk 3 ayında qeyri-neft məhsullarının ixracı ilk dəfə olaraq 500 milyon ABŞ dollarını ötüb"
Biznes
12 Aprel , 2021 16:12
Mikayıl Cabbarov: I rübdə qeyri-neft ixracı 16 % artıb
Mikayıl Cabbarov

Bu ilin I rübündə Azərbaycanın qeyri-neft ixracının dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4 % artaraq 501,6 milyon ABŞ dolları təşkil edib.

“Report” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

“Bu, Azərbaycan iqtisadiyyatının koronavirus (COVID-19) pandemiyası dövründə də dayanıqlığının göstəricisidir. 2021-ci ilin yanvar-mart ayları üzrə qeyri-neft ixracının həcmi müstəqillik illərinin analoji dövrü ilə müqayisədə rekord göstəricidir. Bu ilin ilk 3 ayında qeyri-neft məhsullarının ixracı ilk dəfə olaraq 500 milyon ABŞ dollarını ötüb”, - deyə nazir əlavə edib.

Son xəbərlər

Orphus sistemi