"Koronavirusla (COVID-19) mübarizədə dəstək mexanizmi çərçivəsində sahibkarların mövcud 1 milyard manat kredit portfeli üzrə 100 milyon manat faiz subsidiyası verilir".
"Report" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov tvitter sosial şəbəkəsindəki hesabında bildirib.
"Bu məbləğin 34,3 milyon manatı sahibkarlıq subyektlərinə ödənilib", - nazir qeyd edib.