Milli Məclisin payız sessiyası dövründə sahibkarlardan qurumun İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə bir sıra təkliflər daxil olub.
"Report" parlamentə istinadən xəbər verir ki, bu barədə Komitənin sədri Tahir Mirkişili məlumat verib.
Onun sözlərinə görə, həmin təkliflərlə bağlı 3 işçi qrupu yaradılıb və onlar işini davam etdirəcək.