"Pfizer" şirkəti 2022-ci ildə koronavirus peyvəndinin üçüncü dozasının satışından 26 milyard ABŞ dolları əldə edə bilər.
"Report"un xəbərinə görə, bu barədə "Morningstar" maliyyə şirkətinin proqnozunda deyilir.
Şirkətin builki satış proqnozu 4 milyard dollardır.
Digər peyvənd istehsalçısı "Moderna" isə bu il 2 milyard, gələn il 14 milyard ABŞ dolları qazana bilər.
Eyni zamanda, "Morningstar" analitikləri hesab edir ki, ölkələr üçüncü dozanı təsdiqlədikcə, gələn il satışlar əhəmiyyətli dərəcədə arta bilər.