Moskvada “Azərbaycan-Rusiya: iqtisadi diplomatiya və tərəfdaşlıq strategiyası” adlı forum keçirilir

Moskvada “Azərbaycan-Rusiya: iqtisadi diplomatiya və tərəfdaşlıq strategiyası” adlı forum keçirilir Müzakirələrdə maliyyə sektoru, ASK, nəqliyyat və logistika, tibb və əczaçılıq, eləcə də elektron ticarət sahəsindəki qarşılıqlı əlaqələr müzakirə ediləcək
Biznes
8 Dekabr , 2020 17:30
Moskvada “Azərbaycan-Rusiya: iqtisadi diplomatiya və tərəfdaşlıq strategiyası” adlı forum keçirilir

Azərbaycan Respublikasının Rusiyadakı Ticarət Nümayəndəliyinin təşəbbüsü ilə bu gün Moskvada “Azərbaycan-Rusiya: iqtisadi diplomatiya və tərəfdaşlıq strategiyası” adlı biznes forum başlayıb.

“Report”un Rusiya bürosunun verdiyi məlumata görə, “MBA-Moskva”, “CROCUS LOGISTIC”, “Ethnomir”, “Azərbaycan nemətləri” və “Savalan”ın dəstəyi ilə keçirilən tədbir Biznes klubun builki son iclasıdır.

Tədbirdə Rusiya Ticarət və Sənaye Palatasının, Azərbaycanın Rusiyadakı səfirliyinin, Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin, Azərbaycan İqtisadiyyat Nazirliyinin, Rusiya İxrac Mərkəzinin, Rusiyanın Azərbaycandakı Ticarət Nümayəndəliyinin nümayəndələri, habelə ekspertlər, Rusiya-Azərbaycan ticari- iqtisadi əməkdaşlığını inkişaf etdirən müəssisə və təşkilat rəhbərləri və başqaları iştirak edirlər.

Müzakirələrdə maliyyə sektoru, ASK, nəqliyyat və logistika, tibb və əczaçılıq, eləcə də elektron ticarət sahəsindəki qarşılıqlı əlaqələr müzakirə ediləcək.

Son xəbərlər

Orphus sistemi