Bu ilin yanvar-mart aylarında Naxçıvan MR-də pərakəndə əmtəə dövriyyəsinin dəyəri 310,47 milyon manat təşkil edib.
“Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən iln eyni dövrünə nisbətən 1,7 % azdır.
Ötən üç ay ərzində muxtar respublikada əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri isə 44,54 milyon manat olub ki, bu da illik müqayisədə 2,1 % azdır.