Naxçıvanın xarici ticarət dövriyyəsi 15 %-ə yaxın azalıb

Naxçıvanın xarici ticarət dövriyyəsi 15 %-ə yaxın azalıb ​​​​​​​Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikanın xarici ticarət dövriyyəsi 97 milyon 700 min 590 ABŞ dolları təşkil edib
Biznes
14 Oktyabr , 2024 15:39
Naxçıvanın xarici ticarət dövriyyəsi 15 %-ə yaxın azalıb

Bu ilin yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikanın xarici ticarət dövriyyəsinin dəyəri 97,7 milyon ABŞ dolları təşkil edib.

Bu barədə "Report"un yerli bürosuna Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,8 % azdır.

Son 1 ildə muxtar respublikadan ixrac olunmuş malların dəyəri 34,7 % azalaraq 8 milyon ABŞ dolları, bölgəyə idxal olunmuş malların dəyəri isə 12,4 % azalaraq 89,7 milyon ABŞ dolları olub.

Son xəbərlər

Orphus sistemi