2020-ci ildə Naxçıvan MR xarici ölkələrlə 510,5 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
“Report” yerli Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, daha əvvəlki ilin eyni dövrünə nisbətən 2,7 % çoxdur.
Ötən il muxtar respublikanın ixracının dəyəri 0,7 % artaraq 428,5 milyon ABŞ dolları, idxalının dəyəri isə 14,7 % artaraq 82 milyon ABŞ dolları olub.
Son nəticədə xarici ticarətdə 346,5 milyon ABŞ dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 2,1 % azdır.