Nazirin I müavini: "Azərbaycan iqtisadiyyatının bərpa olunduğunu görürük"

Nazirin I müavini: "Azərbaycan iqtisadiyyatının bərpa olunduğunu görürük" "Hər birimiz koronavirus (COVID-19) pandemiyasından sonra Azərbaycan iqtisadiyyatının bərpa olunduğunu görürük".
Biznes
16 Fevral , 2022 11:27
Nazirin I müavini: Azərbaycan iqtisadiyyatının bərpa olunduğunu görürük
Elnur Əliyev

"Hər birimiz koronavirus (COVID-19) pandemiyasından sonra Azərbaycan iqtisadiyyatının bərpa olunduğunu görürük".

"Report" xəbər verir ki, bunu Avropa İttifaqı (Aİ) və Dünya Bankının (DB) Azərbaycan üçün Çevik Texniki Yardım Aləti (AZTAF) üzrə İnzibati Sazişi imzalaması mərasimində iqtisadiyyat nazirinin I müavini Elnur Əliyev bildirib.

"Ötən il Azərbaycanda ümumi daxili məhsul (ÜDM) 5,6%, o cümlədən qeyri-neft ÜDM-i 7,2%, qeyri-neft sənayesi ÜDM-i 17,8% artıb. Əhalinin gəlirlərində isə 2,6% artım olub", - o deyib.

Son xəbərlər

Orphus sistemi