Nicat Hacızadə: “Qeyri-neft ixracının artması iqtisadi inkişafın davamlılığına bağlıdır"

Nicat Hacızadə: “Qeyri-neft ixracının artması iqtisadi inkişafın davamlılığına bağlıdır" “2020-ci ildə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar dünya iqtisadiyyatının 3% kiçilməsi fonunda, habelə dünya ticarətində baş verən tənəzzül istehsal, xidmət, idxal və ixrac əməliyyatlarına mənfi təsir göstərib. Pandemiya səbəbindəndir ki, “Böyü
Biznes
9 Sentyabr , 2021 12:15
Nicat Hacızadə: “Qeyri-neft ixracının artması iqtisadi inkişafın davamlılığına bağlıdır
Nicat Hacızadə

“2020-ci ildə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar dünya iqtisadiyyatının 3% kiçilməsi fonunda, habelə dünya ticarətində baş verən tənəzzül istehsal, xidmət, idxal və ixrac əməliyyatlarına mənfi təsir göstərib. Pandemiya səbəbindəndir ki, “Böyük 7-lik” ölkələri geniş monetizasiya və fiskal stimul paketləri qəbul edib və həmin ölkələrin uçot dərəcələri nəzərəçarpacaq dərəcədə enib”.

"Report" xəbər verir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Nicat Hacızadə bildirib.

“Geniş pul kütləsi emissiyası nəticəsində inkişaf etmiş ölkələr ilkin dövrlər yeyinti, normallaşma dövrlərində isə qeyri-yeyinti mal və məhsullarına olan daxili aktivliyi qoruyub saxlayıb. Bu gün əksər ölkələrin ixracatının artımında əsas səbəb kimi inkişaf etmiş ölkələrin iqtisadi aktivliyi və pul genişlənməsini təmin etməsidir.

2021-ci ilin ilk 7 ayında əldə edilən 2,7%, qeyri-neft ÜDM-də isə 5,3%-lik iqtisadi böyüməyə əsas töhfə verən determinantlardan biri ixracın artmasıdır. 2021-ci ilin 7 ayı ərzində qeydə alınan 30,5% artım və yaxud 5,1 milyard ABŞ dolları səviyyəsində xalis ixrac (müsbət saldo) iqtisadi artıma tətikləyici təsir edəcəkdir.
Qeyri-neft sektoru üzrə sənaye istehsalında əsas pay hasilat sənayesinin payına düşür ki, bu məhsullar neft-qaz və qeyri-neft sektorunun tərkib hissəsi kimi əsas paya malikdir. Xüsusilə, 2021-ci ilin ilk 7 ayı ərzində 62,7% hasilat yönümlü mədən sənayesinin və 5,1% isə elektrik enerjisi istehsalının payına düşür ki, ixrac nöqteyi nəzərdən əsas hərəkətverici qüvvələrdən hesab edilir. Qeyri-neft ixracında emal sənaye məhsullarının xammal tutumlu məhsullardan daha az olması qarşımızda duran əsas çağırışlardan biridir. Emal sənayesi 31,3% istehsal qeydə alınıb ki, qeyri-neft sektorununda payı aşağıdır. 2021-ci ilin ilk 7 ayı ərzində qeyri-neft- qaz sektorunda qeydə alınan 16,4%-lik sənaye məhsulu artımının böyük hissəsi daxili bazarın tələbini, qalan hissəsi isə xarici tələbi ödəməkdədir.
Azərbaycanın 2021-ci ilin ilk 8 ayı üzrə ixracı 30,9% artaraq 13 milyard ABŞ dollar, qeyri-neft sektoru üzrə isə 37,1% artaraq 1,6 milyard ABŞ dolları səviyyəsinə çatıb. Qeyri-neft sektoru üzrə 8 aylıq ixrac 2017 və 2018-ci ilin illik ixrac səviyyəsinə bərabərdir. Ümumi ixracın əsas tərkib hissəsi olan neft-qaz sektoru 30,1% artımla 11,4 milyard ABŞ dolları səviyyəsinə çatıb. Qeyri-neft sektoru üzrə ixracın hərəkətverici qüvvəsi meyvə-tərəvəz məhsulları olaraq qalmaqdadır. Habelə, qeyd edilməlidir ki, meyvə-tərəvəz məhsullarının idxalında 7,8%-lik azalma müşahidə edilib. İlk 8 ay etibarı ilə əsas artım pambıq iplik üzrə 23,8 milyon ABŞ dolları və yaxud 3,1 dəfə, qara metallar və ondan hazırlanan məmulatlar üzrə 49 milyon və yaxud 2,5 dəfə artım müşahidə edilib. Digər məhsullar üzrə şəkər 2,1 dəfə, spirtli və spirtsiz içkilər üzrə 6,3%, kimya sənayesi məhsulları üzrə 68,2% artım qeydə alınıb. Qara metallar və onlardan hazırlanan məmulatların idxalı 155,4 və yaxud 23,2% azalıb.

Aqrar-sənaye məhsulları 2020-ci ilin eyni dövrü ilə müqayisədə 20,7% artaraq 91,6 milyon ABŞ dolları olub. Aqrar sənaye məhsullarının həcmi isə 31,3% təşkil edərək 441,6 netto ton təşkil edib. Bu aqrar sənaye məhsullarının qeyri-neft ixracında payı 2021-ci ilin ilk 8 ayına müvafiq olaraq 5,6%, aqrar məhsulunun payı isə 24% təşkil edib. İlin ilk 8 ayı ərzində aqrar məhsulların ixracı 1,9% azalaraq 383,8 milyon ABŞ dolları olub. Aqrar məhsullar üzrə ixracın azalma səbəbi tərəvəz məhsullarında 14,6%, tütün və tütün sənaye əvəzedicilərində isə 37,6 % qeydə alınan enmə ilə əlaqədardır.

Nəzəri və praktiki cəhətdən makroiqtisadi dayanıqlığın qorunmasında neft sektoru (birbaşa investisiya və ixrac) həlledici rol oynayır. Lakin Prezident İlham Əliyevin orta və uzunmüddətli strategiyasının təməlində qeyri-neft sektoru hesabına iqtisadi dayaqların təmin edilməsi dayanır. 2017 və 2018-ci illərdə adambaşına düşən qeyri-neft ixracı 160 ABŞ dolları, 2019 və 2020-də 190 ABŞ dollarına bərabər tutulurdusa, 2021-ci il üçün bu rəqəmin 200 və yaxud 210 ABŞ dolları olması proqnozlaşdırılır. Bu proqnozun təməlində bir sıra beynəlxalq təşkilatların müsbət pozisiyada dayanan böyümə göstəriciləri, istehsal məhsullarının rəqabətliliyi və keyfiyyət göstəricilərində müşahidə edilən standartların artırılması və s. amillər daxildir. Bundan əlavə qeyd edək ki, ilin ilk 8 ayına əsasən, ixracın idxalı qarşılama faizi 182% təşkil edir”, - deyə N.Hacızadə əlavə edib.

Son xəbərlər

Orphus sistemi