Yaponiyanın aparıcı avtomobil istehsalçısı “Nissan" şirkəti 2030-cu illərin əvvəlindən tamamilə elektromobil istehsalına başlayacaq.
“Report” xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilir.
Məlumatda həmçinin deyilir ki, "Nissan" həmin vaxta qədər elektromobil istehsalı üzrə dünya liderlərindən biri olacaq. Bu hədəf şirkətin 2050-ci ilə qədər karbon emissiyasını sıfırlamaq istəyinin bir hissəsidir.
Xatırladaq ki, ötən il “Nissan" 2023-cü ilə qədər istehsal etdəcəkləri məhsulların 60 %-nin elektromobillərin payına düşəcəyini bəyan etmişdi.