Niyazi Səfərov: “Sahibkarların layihələrinin maliyyələşməsinə 2,7 milyard manat vəsait ayrılıb”

Niyazi Səfərov: “Sahibkarların layihələrinin maliyyələşməsinə 2,7 milyard manat vəsait ayrılıb” lkədə sahibkarlığın inkişafı , əlverişli biznes mühitinin yaradılması istiqamətində əsaslı şəkildə islahatların aparılması hazırda həyata keçirilən inkişaf strategiyasının tələbələrindən irəli gəlir
Biznes
16 İyun , 2022 11:57
Niyazi Səfərov: “Sahibkarların layihələrinin maliyyələşməsinə 2,7 milyard manat vəsait ayrılıb”
Niyazi Səfərov

Bu günə qədər Azərbaycanda sahibkarların 41 minə qədər investisiya layihələrinin maliyyələşməsinə 2,7 milyard manat vəsait ayrılıb.

"Report" xəbər verir ki, bunu Azərbaycan iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov "Partners and Business" Baku 2022 - yerli şirkətlərin tanıtım sərgisinin açılış mərasimində deyib.

Onun sözlərinə görə, biznes sahəsində əsas məqamlardan biri sahibkarlıq subyektlərinin maliyyə mənbələrinə çıxışının təmin edilməsidir: "Sahibkarlara güzəştli şərtlərlə kreditlərin verilməsi özəl sektorun maliyyə resursları ilə təmin edilməsində əsas alətlərdən biridir. Ölkədə sahibkarlığın inkişafı , əlverişli biznes mühitinin yaradılması istiqamətində əsaslı şəkildə islahatların aparılması hazırda həyata keçirilən inkişaf strategiyasının tələbələrindən irəli gəlir".

Son xəbərlər

Orphus sistemi