OECD: "Azərbaycanda KOB-ların rəqəmsallaşmadan istifadəsi məhduddur"

OECD: "Azərbaycanda KOB-ların rəqəmsallaşmadan istifadəsi məhduddur" Azərbaycanda rəqəmsallaşmanın istifadəsi ilə bağlı KOB-ların imkanları məhduddur.
Biznes
22 Fevral , 2022 12:36
OECD: Azərbaycanda KOB-ların rəqəmsallaşmadan istifadəsi məhduddur

Azərbaycanda rəqəmsallaşmanın istifadəsi ilə bağlı KOB-ların imkanları məhduddur.

"Report" xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) eksperti Patrik Pruzinski deyib.

O, bu barədə İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) benefisiarı olduğu, Aİ-nın maliyyələşdirdiyi “Kiçik və orta sahibkarlıq üçün daha əlverişli mühitin yaradılması və rəqabətliliyinin artırılması sahəsində Azərbaycan Hökumətinə dəstək” və “Kənd yerlərində sahibkarlığın inkişafına dəstək” layihələrinin icrasının yekunlaşması ilə bağlı tədbirdə danışıb.

P. Pruzinski vurğulayıb ki, Azərbaycanda KOB-lar sahəsində bir sıra mühüm işlər görülüb, lakin çətinliklər hələ də qalmaqdadır: "Rəqəmsallaşma strateji prioritetlər arasında sürətləndirilməlidir. Bu istiqamətdə müxtəlif tərəfdaşlar arasında koordinasiya tələb edilir. Rəqəmsal infrastrukturla bağlı Azərbaycanda irəliləyişlərin olduğunu görürük. Lakin buna baxmayaraq, Bakı ilə regionlar arasında böyük fərq var. Burda KOB-ların inkişafına diqqət yetirilməlidir. Rəqəmsallaşma ilə bağlı bir çox sahələrdə irəliləyişə ehtiyac var. Hazırda milli kibertəhlükəsizlik strategiyasının olmaması çətinliklərdən biridi, hələdə sahibkarlar elektron imzadan məhdud şəkildə istifadə edirlər".

O qeyd edib ki, Azərbaycanın bir sıra elektron xidmətlər sahəsində gözəl təcrübəsi var: "Bu istiqamətdə Azərbaycan bir sıra ölkələrə nümunədir ki, hökumət öz vətəndaşları ilə necə kommunikasiya qurur. Həmçinin, KOBİA-nın fəaliyyətinə diqqət çəkmək istəyirəm. KOBİA maliyyə və qeyri-maliyyə xidmətlərini genişləndirib. 21-dən çox KOB inkişaf mərkəzlərində bir sıra xidmətlər təklif edilir. KOBİA rəqəmsallaşmaya dəstək göstərir. Buna baxmayaraq, çətinliklər qalır, onlardan biri rəqəmsal spesifik dəstək xidmətlərinin məhdud olmasıdır. Bu, nə deməkdir? Bir tətəfdən görürük ki, KOB-lar üçün təlimlər keçirilir, rəqəmsal dəstəkdə spesifik seqmentə baxdıqda görürük ki, irəliləyişə böyük ehtiyac var".

Son xəbərlər

Orphus sistemi