OECD Azərbaycanın iqtisadi islahat təcrübəsini nümunə kimi qəbul edib

OECD Azərbaycanın iqtisadi islahat təcrübəsini nümunə kimi qəbul edib “Azərbaycanda iqtisadi islahatların idarə edilməsi tam rəqəmsallaşdırılıb”.
Biznes
18 Noyabr , 2021 11:21
OECD Azərbaycanın iqtisadi islahat təcrübəsini nümunə kimi qəbul edib

“Azərbaycanda iqtisadi islahatların idarə edilməsi tam rəqəmsallaşdırılıb”.

“Report” xəbər verir ki, bunu İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Azərbaycanın "İqtisadi islahatların idarə edilməsi modeli”nin nümunəvi innovativ təcrübə kimi qəbul edilməsi barədə mətbuat konfransında çıxış edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı deyib.

“Bu, OECD-nin tarixində ilk belə bir haldır. Azərbaycanın “İqtisadi islahatların idarə edilməsi modeli"nin təqdim edilməsi bu təşkilata üzv olan ölkələrin iş adamlarına Azərbaycana investisiya imkanları yaradır. Ümid edirəm ki, Azərbaycanın bu nümunəvi modeli daha geniş şəkildə öyrəniləcək. Bu yaxınlarda Özbəkistan nümayəndə heyəti də Azərbaycana gəlmişdi və onlar da Azərbaycanın islahat modelini öyrənmək istəyirdi. Azərbaycanın bu modelinin OECD-nin platformasında nümunə olaraq qeyd edilməsi ölkəmizin nüfuzunu daha da artıracaq”, - o qeyd edib.

Son xəbərlər

Orphus sistemi