Ölkəyə qeyri-qanuni gətirilmiş aksiz markasız spirtli içkilər saxlanılıb

Ölkəyə qeyri-qanuni gətirilmiş aksiz markasız spirtli içkilər saxlanılıb Ağstafa rayonunda Azərbaycan vətəndaşı idarə etdiyi avtomobil şərti alıcı qismində cəlb edilmiş gömrük əməkdaşına satmaq istəyərkən saxlanılıb
Biznes
5 Mart , 2021 13:22
Ölkəyə qeyri-qanuni gətirilmiş aksiz markasız spirtli içkilər saxlanılıb

Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin əməkdaşları Azərbaycanın gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilmiş xeyli miqdarda aksiz markası olmayan spirtli içkilərin realizə edilməsinin qarşısını alıblar.

“Report”un Komitənin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə istinadən verdiyi məlumata görə, Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinin Narkotiklərlə mübarizə şöbəsi və Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat-Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən keçirilən birgə əməliyyat tədbiri nəticəsində Ağstafa rayonu ərazisində Azərbaycan vətəndaşı idarə etdiyi “Mercedes-Benz” markalı nəqliyyat vasitəsində olan spirtli içkiləri şərti alıcı qismində cəlb edilmiş gömrük əməkdaşına satmaq istəyərkən saxlanılıb.

Daha sonra Qərb Ərazi Baş Gömrük İdarəsinin Tovuz gömrük postunda avtomobilə gömrük baxışı keçirilib. Baxış zamanı nəqliyyat vasitəsində 1 litr həcmində, ümumilikdə 90 ədəd “Nemiroff Delikat” markalı spirtli içki aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi