“Orion O and M” MMC vətən torpaqlarının azad olunması üçün döyüşən Azərbaycan ordusuna dəstək olmaq məqsədilə Silahlı Qüvvələrə Yardım Fonduna 30 min manat vəsait köçürüb.
Fond ölkə prezidentinin 17 avqust 2002-ci il tarixli fərmanı ilə yaradılıb. Onun əsas vəzifəsi ölkənin etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.
Qarabağ Azərbaycandır!