Orxan Məmmədov: “Qarabağ bir çox biznes imkanlarına malikdir”

Orxan Məmmədov: “Qarabağ bir çox biznes imkanlarına malikdir” ​​​​​​​İşğaldan azad edilmiş ərazilərdə layihələr həyata keçirməkdə maraqlı olan yerli və xarici investorlardan indiyədək KOBİA-ya təxminən 220-yə yaxın müraciət daxil olub
Biznes
10 Sentyabr , 2021 20:02
Orxan Məmmədov: “Qarabağ bir çox biznes imkanlarına malikdir”
Orxan Məmmədov

İşğaldan azad edilmiş ərazilərdə layihələr həyata keçirməkdə maraqlı olan yerli və xarici investorlardan indiyədək KOBİA-ya təxminən 220-yə yaxın müraciət daxil olub.

“Report” xəbər verir ki, bu barədə bu gün Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (TDƏŞ) üzv ölkələrin iqtisadiyyat nazirlərinin görüşü çərçivəsində keçirilmiş işğaldan azad olunmuş Qarabağ bölgəsinin bərpasına və inkişafına dair Biznes Forumda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.

Onun sözlərinə görə, bu müraciətlərin təxminən 50%-i Türk Şurasına üzv olan və müşahidəçi qismində iştirak edən ölkələrdən daxil olub: “Bunlar arasında çoxluğu türk investorlar təşkil edir. Göstərilən maraq təsadüfi deyil, çünki Qarabağ bir çox biznes imkanlarına malikdir”.

O qeyd edib ki, Türk Şurasına üzv ölkələr arasındakı ikitərəfli və çoxtərəfli əməkdaşlıq kiçik və orta sahibkarların (KOB) iştirakı ilə Qarabağda işgüzar əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlar açır. “Azərbaycan və Türkiyəni birləşdirəcək Zəngəzur dəhlizinin açılması da yeni nəqliyyat qovşaqları yaradacaq, regionda, o cümlədən Türk Şurasına üzv dövlətlərin KOB-ları üçün yeni imkanlar açacaqdır. İşgüzar dairələri bu imkanlardan yararlanmağa dəvət edirik. KOBİA olaraq Azərbaycana investisiya yatırmaq istəyən xarici sərmayədarlara aidiyyəti qurumlarla əlaqələndirmə, uyğun yerli tərəfdaşların tapılması kimi istiqamətlərdə dəstək göstərməyə hazırıq”- deyə O. Məmmədov vurğulayıb.

Son xəbərlər

Orphus sistemi