Orxan Məmmədov sahibkarlığa dəstək mexanizmlərini açıqlayıb

Orxan Məmmədov sahibkarlığa dəstək mexanizmlərini açıqlayıb İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) strateji fəaliyyət gündəliyini sahibkarlarla qarşılıqlı əlaqəli şəkildə qurur, onların ehtiyac və inkişaf meyillərini öyrənməklə təyin edir.
Biznes
25 Aprel , 2022 12:32
Orxan Məmmədov sahibkarlığa dəstək mexanizmlərini açıqlayıb
Orxan Məmmədov

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) strateji fəaliyyət gündəliyini sahibkarlarla qarşılıqlı əlaqəli şəkildə qurur, onların ehtiyac və inkişaf meyillərini öyrənməklə təyin edir.

“Report” xəbər verir ki, bunu “Sahibkarlar Günü”nə həsr olunmuş “İqtisadiyyatın inkişafında sahibkarlığın rolu” mövzusunda konfransda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) sədri Orxan Məmmədov bildirib.

"Bu məqsədlə həm daxili resurslar, həm də peşəkar şirkətlər cəlb olunmaqla mütəmadi olaraq müxtəlif mövzularda sorğular keçirilir, sahibkarlardan daxil olan müraciətlər təhlil olunur, sahəvi görüşlər və müxtəlif dəyirmi masalar keçirilir. Bu baxımından əlverişli biznes mühitinin inkişaf etdirilməsi KOB subyektlərinin maliyyə resurslarına, bazarlara, bilik və innovasiyalara çıxışının yaxşılaşdırılması, eləcə də dövlət və özəl sektor xidmətlərinə çıxış imkanlarının artırılması KOBİA-nın əsas fəaliyyət istiqamətlərini təşkil edir”, - O. Məmmədov deyib.

O qeyd edib ki, qeyd edilən istiqamətlər üzrə ötən dövrdə bir sıra dəstək mexanizmləri həyata keçirilib:

“Onlaın sırasında xüsusilə daxili bazar araşdırmalarına dəstək, elm, tədqiqat, dəstək və innovativ proqramlar üzrə qrantların verilməsini qeyd etmək olar. Ölkəmizin iki fərqli regionunda fəaliyyət göstərən KOB evlərimiz “Bir pəncərə” sistemi əsasında işini qurur. Hazırda ölkənin 31 şəhər və rayonunda fəaliyyət göstəən KOB Dostları şəbəkəsi sahibkarlıq subyektlərinin yaranmasına və mövcud KOB-ların inkişafına hərtərəfli dövlət dəstəyi göstərir. Bundan başqa KOB inkişaf mərkəzlərimiz də fəaliyyət göstərir ki, hazırda onların sayı 21-ə bərabərdir”.

Son xəbərlər

Orphus sistemi