Özbəkistan Azərbaycanın iqtisadi islahatlar təcrübəsini öyrənəcək

Özbəkistan Azərbaycanın iqtisadi islahatlar təcrübəsini öyrənəcək İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlının müəllifi olduğu “İqtisadi artım” kitabı Özbəkistanın Prezident Administrasiyasının beyin mərkəzi olan – İqtisadi Təhlil və İslahatlar Mərkəzində təqdim olu
Biznes
12 Avqust , 2021 11:32
Özbəkistan Azərbaycanın iqtisadi islahatlar təcrübəsini öyrənəcək
Vüsal Qasımlı

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlının müəllifi olduğu “İqtisadi artım” kitabı Özbəkistanın Prezident Administrasiyasının beyin mərkəzi olan – İqtisadi Təhlil və İslahatlar Mərkəzində təqdim olunub.

"Report" xəbər verir ki, bu barədə İİTKM məlumat yayıb.

Məlumata görə, təqdimatda V.Qasımlı bildirib ki, iqtisadi artımın təmin olunmasında müxtəlif amillər rol oynasa da, hər bir ölkənin özünəməxsus çağırışları və inkişaf strategiyaları olmalıdır.

Tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılmış iqtisadi islahatların idarəedilməsi modeli böyük maraq doğurub. Xüsusilə də, islahatların generasiyası və qiymətləndirilməsi arasında əlaqənin yaradılması, prosesin tam rəqəmsallaşdırılması, böyük verilənlər bazası əsasında qərarların qəbul edilməsi, Azərbaycanın dünyada ən islahatçı ölkələr qrupunda təmsil olunması vurğulanıb.

Qərara gəlinib ki, Azərbaycanın iqtisadi islahatların idarəedilməsi modelinin daha dərindən öyrənilməsi üçün Özbəkistanın nümayəndə heyətinin ölkəmizə səfəri təşkil olunsun. Özbəkistanın İqtisadi Təhlil və İslahatlar Mərkəzinin rəhbəri Obid Hakimov Azərbaycan və Özbəkistan kimi dost ölkələrin beyin mərkəzləri arasında əməkdaşlığın və bilik mübadiləsinin vacib olduğunu qeyd edib.

Son xəbərlər

Orphus sistemi