Özbəkistanın quru meyvələri Azərbaycanda qablaşdırılaraq ixrac olunacaq

Özbəkistanın quru meyvələri Azərbaycanda qablaşdırılaraq ixrac olunacaq Sərgi aprelin 7-də başa çatıb
Biznes
8 Aprel , 2021 15:54
Özbəkistanın quru meyvələri Azərbaycanda qablaşdırılaraq ixrac olunacaq

Özbəkistanın paytaxtı Daşkənd şəhərində "İNNOPROM: Özbəkistanda Böyük Sənaye Həftəsi" sərgisi keçirilib. Sərgidə İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) nümayəndələri də iştirak edib.

“Report”un AZPROMO-ya istinadən verdiyi məlumata görə, qurumun təmsilçiləri sərgi iştirakçıları ilə görüşlər keçirib, qarşılıqlı ixrac və investisiya qoyuluşunun artırılması barədə fikir mübadiləsi aparıblar.

Belə ki, “Hakan Aqro Invest”, “Sunny Land Products” (Bonaf), “Eximsol” şirkətləri ilə Ələt Azad İqtisadi Zonasında və ya sənaye parklarında Özbəkistan istehsalı olan quru meyvələrin qablaşdırmasının həyata keçirilməsi və 3-cü ölkələrə ixrac olunması imkanları barədə müzakirələr aparılıb.

Özbəkistanın İnvestisiyaların Təşviqi Agentliyi ilə təşkil edilmiş görüşdə isə investisiyaların cəlb edilməsi üzrə təcrübə mübadiləsi aparılıb, birgə potensial investisiya layihələrinin həyata keçirilməsi müzakirə olunub.

Sərgi aprelin 7-də başa çatıb.

Son xəbərlər

Orphus sistemi