Özgür Volkan Ağar: “Zəngəzur dəhlizi Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsini artıracaq”

Özgür Volkan Ağar: “Zəngəzur dəhlizi Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsini artıracaq” Zəngəzur dəhlizi Azərbaycan və Türkiyə arasında ikitərəfli ticarət dövriyyəsinin artırılmasında mühüm rol oynayacaq
Biznes
21 Dekabr , 2023 12:52
Özgür Volkan Ağar: “Zəngəzur dəhlizi Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsini artıracaq”

Zəngəzur dəhlizi Azərbaycan və Türkiyə arasında ikitərəfli ticarət dövriyyəsinin artırılmasında mühüm rol oynayacaq.

"Report" xəbər verir ki, bunu Türkiyənin ticarət nazirinin müavini Özgür Volkan Ağar Bakıda keçirilən, Ümummilli Lider Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş Azərbaycan-Türkiyə İnvestisiya Forumunda bildirib.

Onun sözlərinə görə, dəhlizin açılması Azərbaycanla Türkiyə arasındakı məsafəni daha da 260 km azaldacaq: “Bu dəhliz region ölkələri arasında münasibətlərə də müsbət təsir göstərəcək. Zəngəzur dəhlizi strateji layihədir və onun köməyi ilə Çindən Avropaya maneəsiz hərəkət və coğrafi əlçatanlıq təmin ediləcək. Nəticədə yükdaşımalar artacaq, sürətli tranzit təmin olunacaq və ticarət həcmi artacaq. Bu dəhliz Mərkəzi Asiyada ticarətə müsbət təsir göstərəcək".

Son xəbərlər

Orphus sistemi