“PAŞA Holdinq” aktivlərini 10 % artırıb

“PAŞA Holdinq” aktivlərini 10 % artırıb 2020-ci il yanvarın 1-nə “PAŞA Holdinq” MMC-nin aktivləri 11,9 milyard manat təşkil edib.
Biznes
14 Yanvar , 2021 16:46
“PAŞA Holdinq” aktivlərini 10 % artırıb

2020-ci il yanvarın 1-nə “PAŞA Holdinq” MMC-nin aktivləri 11,9 milyard manat təşkil edib.

“Report” holdinqə istinadən xəbər verir ki, bu, 2019-ci il yanvarın 1-i ilə müqayisədə təxminən 10 % çoxdur.

Hesabat dövründə şirkətlər qrupunun öhdəlikləri təxminən 11 % artaraq 9,3 milyard manata, balans kapitalı isə təxminən 8 % artaraq 2,6 milyard manata çatıb.

2019-cu ildə holdinq 1,5 milyard manat gəlir əldə edib. Bu, 2018-ci illə müqayisədə təxminən 15% çoxdur.

Hesabat dövründə holdinqin işçilərinin sayı təxminən 35 % artaraq 8 500 olub.

Xatırladaq ki, “PAŞA Holdinq” 2006-cı ildə yaradılıb. Holdinq Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda - əsasən, maliyyə, tikinti və turizm sahələrində bir sıra müəssisələrə malikdir.

Son xəbərlər

Orphus sistemi