“PAŞA Holdinq” texnologiya şirkətinə daha 1 milyon manat “maya qoyub”

“PAŞA Holdinq” texnologiya şirkətinə daha 1 milyon manat “maya qoyub” “PAŞA Holdinq” MMC-yə məxsus “PASHA Technology” MMC-nin nizamnamə kapitalı daha 1 milyon manat və yaxud 7,6% artırılıb.
Biznes
9 Yanvar , 2021 14:20
“PAŞA Holdinq” texnologiya şirkətinə daha 1 milyon manat “maya qoyub”

“PAŞA Holdinq” MMC-yə məxsus “PASHA Technology” MMC-nin nizamnamə kapitalı daha 1 milyon manat və yaxud 7,6 % artırılıb.

“Report” xəbər verir ki, şirkətin kapitalı 13 100 100 manatdan 14 100 100 manat çatdırılıb.

Xatırladaq ki, “PASHA Technology” 2018-ci ildə yaradılıb. Şirkət holdinqin törəmə şirkətlərini informasiya texnologiyaları xidmətləri, "Cloud Computing", kiber təhlükəsizlik əməliyyatları və məlumatların emalı mərkəzinin idarə edilməsi xidmətləri ilə təmin edir.

Son xəbərlər

Orphus sistemi