Bu ilin yanvar-mart aylarında Bakıda ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə 0,5 % artaraq 5 366,7 mln manat olub.
Bu barədə “Report” Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir.
Məlumata görə, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,3 % artaraq 2 mlrd 749,7 mln manata, qeyri-ərzaq məhsullarının dəyəri isə 8 % azalaraq 2 mlrd 617 mln manata bərabər olub.
İstehlak məhsullarının 35,2 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 48 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 16,8 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.