“Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin əsas təşəbbüsü ölkədə 25 min kiçik və orta biznes (KOB) subyektinə dəstək verilməsi ilə bağlıdır”.
"Report" xəbər verir ki, bunu nümayəndəliyin rəhbəri Peter Mixalko "Azərbaycanda kənd yerlərinin inkişafı və milli aqroturizm sisteminin yaradılması" mövzusunda seminarda bildirib.
“Kənd yerlərinin inkişafı ilə bağlı bir sıra nəzərə alınmalı bir sıra məqamlar var. KOB subyektlərinə dəstəyimiz davam edəcək”, - deyə o, qeyd edib.