Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi yanında Qida Təhlükəsizliyi İnstitutu laborator dəstlərin və standartların və laborator ləvazimatların satın alınması ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
"Report" vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderlərin qalibi "Avaz Group" MMC-dir.
Qalib şirkətə birinci tender üzrə 1 milyon 209,4 min manat, ikinci tender üzrə isə 1 milyon 468,6 min manat, ümumilidə isə 2 milyon 678 min manat ödəniləcək.