Qida Təhlükəsizliyi Agentliyinin Qida Təhlükəsizliyi İnstitutu laboratoriyalar üçün reaktiv, dəst, standartlar, ləvazimatlar və s. satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
"Report" dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Avaz Group" MMC-dir.
Qalib şirkətə 3,789 milyon manat ödəniləcək.