Qobu emalatxanasında son bir ilin ən böyük xalçası kəsildi

Qobu emalatxanasında son bir ilin ən böyük xalçası kəsildi Quba məktəbinə aid "Pirəbədil" çeşnisi ilə toxunan xalça 24 kv. metrdir
Biznes
2 İyul , 2021 13:45
Qobu emalatxanasında son bir ilin ən böyük xalçası kəsildi

Bu gün “Azərxalça”nın Qobu emalatxanasında son bir ildə toxunan ən böyük ölçülü xalça kəsilib.

"Report"un "Azərxalça"ya istinadən verdiyi xəbərə görə, xalçanı beş ay müddətində 4 toxucu xanım toxuyub.

Quba məktəbinə aid "Pirəbədil" çeşnisi ilə toxunan xalça 24 kv. metrdir.

Bu, fəaliyyət göstərdiyi müddətdə Qobu emalatxanasında kəsilən dördüncü böyük ölçülü xalçadır.

Xatırladaq ki, böyük kvadratlı (24-25 kv.metr) xalçaları toxumaq üçün “Azərxalça”nın hər bir emalatxanasında 2 böyük ölçülü xalça dəzgahı mövcuddur.

Son xəbərlər

Orphus sistemi