Qubernator: “Həştərxan vilayəti Azərbaycan ilə ticarət əlaqələrini möhkəmləndirmək niyyətindədir”

Qubernator: “Həştərxan vilayəti Azərbaycan ilə ticarət əlaqələrini möhkəmləndirmək niyyətindədir” “Bakıda Həştərxan İşgüzar Mərkəzinin açılması Həşrətxan ilə Azərbaycan arasında ticarət əlaqələrinin bundan sonra möhkəmləndirilməsinə öz töhfəsini verəcək”.
Biznes
18 Yanvar , 2022 15:50
Qubernator: “Həştərxan vilayəti Azərbaycan ilə ticarət əlaqələrini möhkəmləndirmək niyyətindədir”

“Bakıda Həştərxan İşgüzar Mərkəzinin açılması Həşrətxan ilə Azərbaycan arasında ticarət əlaqələrinin bundan sonra möhkəmləndirilməsinə öz töhfəsini verəcək”.

“Report” xəbər verir ki, bunu Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin İnstaqram səhifəsindəki paylaşımında yazıb.

“Ötən ilin 11 ayı ərzində xarici ticarət dövriyyəsi 979 milyon ABŞ dolları təşkil edib, bu isə 12%-lik artım deməkdir. Dövriyyənin daha da artırılması üçün Azərbaycanda Həştərxan məhsullarının firma mağazalarının açılması planları mövcuddur. Qazaxıstanlı həmkarlarımızla Həştərxanda sərhədyanı ticarət mərkəzinin yaradılmasını müzakirə edirik. Bakıda Həştərxan İşgüzar Mərkəzi açmışıq. Onun fəaliyyəti Azərbaycan ilə ticarət əlaqələrinin möhkəmləndirilməsinə öz töhfəsini verəcək”, - Babuşkin yazıb.

Qubernator bildirib ki, əsas məsələlərdən biri “Şimal-Cənub” beynəlxalq ticarət dəhlizini inkişaf etdirmək və Xəzər klasterinə investisiya cəlb etməkdir.

Xatırladaq ki, dekabrın 7-si Bakıda Rusiya Federasiyasının Həştərxan vilayətinin İşgüzar Mərkəzinin rəsmi açılışı olub. İşgüzar mərkəzin açılışında Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Həştərxan vilayətinin quberbatoru İqor Babuşkin iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi