Rusiyanın Baş Prokurorluğu ölkənin ən çox korrupsiyalaşmış bölgələrinin adların açıqlayıb.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə qurumun antikorrupsiya qanunvericiliyinin icrasına nəzarət şöbəsinin müdiri Viktor Baldin bildirib.
Onun sözlərinə görə, "reytinq cədvəli"nə Moskva vilayəti liderlik edir. Növbəti yerlərdə Tatarıstan, Stavropol, Başqırdıstan, Krasnodar, Çelyabinsk, Rostov, Dağıstan və Perm qərarlaşıb.
V.Baldın Rusiyanın ən az korrupsiyalaşmış bölgələrinin də adlarını açıqlayıb. Bunlar Çukotka, Yəhudi Muxtar Bölgəsi, Mari El, Adıgeya, İnquşetiya, Tuva, Xakasiya, Murmansk, Kostroma və Maqadandır.