Rusiyanın Nijeqorodski vilayətində fəaliyyət göstərən “Burevestnik” ASC-yə məxsus aqroparkın ərazisində Azərbaycan Ticarət Evinin açılması planlaşdırılır.
“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Cəmiyyətin baş direktoru Sergey Şarkov deyib.
Vilayətin Boqorodski rayonunda yerləşən və 25,7 min kv.m. metr sahəsi olan bu logistika mərkəzinə müxtəlif temperatur rejimli məkanlar daxildir. Meyvə-tərəvəz topdan-pərakəndə bazarı ümumi sahəsi 11,5 min kv.m. olan ticarət və anbar məkanları kompleksindən ibarətdir. Onun ərazisində 9 pavilyon, həmçinin 1 000 yerlik maşınlardan ticarət meydançası yerləşir.