Rusiyanın Primorsk diyarı və Azərbaycan ticarət dövriyyəsini artırmaq niyyətindədir

Rusiyanın Primorsk diyarı və Azərbaycan ticarət dövriyyəsini artırmaq niyyətindədir “Rusiyanın Primorsk diyarı və Azərbaycan ticarət dövriyyəsinin genişləndirilməsində, həmçinin turizm sahəsində birgə layihələrin həyata keçirilməsində maraqlıdır”.
Biznes
29 İyun , 2022 14:59
Rusiyanın Primorsk diyarı və Azərbaycan ticarət dövriyyəsini artırmaq niyyətindədir

“Rusiyanın Primorsk diyarı və Azərbaycan ticarət dövriyyəsinin genişləndirilməsində, həmçinin turizm sahəsində birgə layihələrin həyata keçirilməsində maraqlıdır”.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Primorsk diyarının Birinci vitse-qubernatoru, hökumətin sədri Vera Şerbina Azərbaycanın Yekaterinburqdakı Baş konsulu vəzifəsini icra edən Şöhrət Mustafayevlə görüşündə bildirilib.

O məlumat verib ki, 2021-ci ildə Primorskla Azərbaycan arasında ticarət dövriyyəsi əvvəlki illə müqayisədə xeyli artıb: “524 min dollardan 1,5 milyon dollara qədər, yəni, təxminən, 3 dəfə. Primorsk diyarından Azərbaycana ixrac 5 dəfə, Azərbaycandan Primorsk diyarına idxal 2 dəfə artıb”.

Onun sözlərinə görə, bu il sentyabrın 5-8-də Vladivostokda Şərq İqtisadi Forum keçiriləcək: “Biz buna fəal şəkildə hazırlaşırıq. Bir çoxları iştirakını təsdiqləyib. Turizm mövzusu çox aktualdır, bu sahəni müzakirə etməyi planlaşdırırıq. Güzəştli rejimlər mövcuddur, Vladivostok Azad Limanı fəaliyyət göstərir. Əgər Azərbaycan biznesinə bu sahə maraqlıdırsa, hər zaman görüşə, müzakirələr apara bilərik. Birgə layihələrin həyata keçirilməsində bütün lazımi köməkliyi göstərməyə hazırıq”.

Son xəbərlər

Orphus sistemi