“Ryanair” 75 ədəd “Boeing 737 Max” alır

“Ryanair” 75 ədəd “Boeing 737 Max” alır Bu xəbərdən sonra şirkətin səhmlərinin dəyəri beynəlxalq bazarlarda 5 %-dən çox artıb
Biznes
4 Dekabr , 2020 13:19
“Ryanair” 75 ədəd “Boeing 737 Max” alır

Avropanın aşağı büdcəli ən böyük aviaşirkəti “Ryanair” 75 ədəd “Boeing 737 Max” sifariş verib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, sifarişin dəyəri 22 milyard ABŞ dollardan çoxdur.

Məlumata görə, bu xəbərdən sonra şirkətin səhmlərinin dəyəri beynəlxalq bazarlarda 5 %-dən çox artıb.

Qeyd edək ki, “Boeing 737 MAX təyyarələrinə 346 nəfərin ölümü ilə nəticələnən iki ölümcül qəzadan sonra ABŞ Federal Aviasiya İdarəsi (FAA) tərəfindən 20 aylıq müayinə və texniki düzəlişlərdən sonra keçən ay yenidən uçuş üçün icazə verilmişdi.

“Ryanair” 2014-2018-ci illər arasında bu təyyarələrdən 135 ədəd sifariş vermişdi. Aviaşirkət yeni alışlarla birgə donanmasındakı “Boeing 737 MAX”ların sayını 210-a çatdıracaq.

Son xəbərlər

Orphus sistemi