Sahibkarlardan dövlət zəmanətli kredit almaq üçün 7 min müraciət daxil olub

Sahibkarlardan dövlət zəmanətli kredit almaq üçün 7 min müraciət daxil olub Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlardan dövlət zəmanəti ilə kredit almaq üçün 1,7 milyard manat məbləğində 6 940 müraciət daxil olub.
Biznes
28 Yanvar , 2022 11:28
Sahibkarlardan dövlət zəmanətli kredit almaq üçün 7 min müraciət daxil olub

Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlardan dövlət zəmanəti ilə kredit almaq üçün 1,7 milyard manat məbləğində 6 940 müraciət daxil olub.

“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun sədri vəzifəsini icra edən Osman Xaliyev bildirib.

Onun sözlərinə görə, bu müraciətlərdən 2 631-nə müsbət cavab verilib və dövlət zəmanəti ilə 499,8 milyon manat kredit verilib: "Zəmanət məbləği 291,8 milyon manat olan 2630-u hüquqi qüvvəyə minib. Proqram üzrə 31 dekabr 2021-ci il tarixinə 15,3 milyon manat subsidiya ödənilib. Subsidiya ödənişləri kredit müddəti ərzində davam etdiriləcək".

Kreditlərin say üzrə 99,4 %-i, məbləğ üzrə isə 91,7 %-i mikro, kiçik və orta sahibkarlarıq subyektlərinin payına düşüb.

Xatırladaq ki, 30 iyun 2020-ci ildən 31 dekabr 2021-ci ilə qədərki dövrü əhatə edən proqram çərçivəsində 500 milyon manatlıq kreditə 300 milyon manata qədər dövlət zəmanətinin verilməsi, eyni zamanda kredit faizlərinin 10 faiz bəndinə qədər hissəsinin subsidiyalaşması nəzərdə tutulurdu.

Son xəbərlər

Orphus sistemi