“Dövlət Gömrük Komitəsinin (DGK) Akademiyası MIT və Harvard Universiteti tərəfindən əsası qoyulan dünyanın 160-dan artıq ən nüfuzlu universitetlərinin 3 000-dən artıq onlayn təhsil kurslarını əhatə edən edX® platformasına qoşulan ilk və yeganə Azərbaycan ali təhsil müəssisəsidir”.
“Report” xəbər verir ki, bu barədə DGK sədri Səfər Mehdiyev məlumat verib.
S.Mehdiyev adıçəkilən ali təhsil müəssisəsinin daha bir uğurunu qeyd edib:
“Dövlət Gömrük Komitəsinin Akademiyası BMT-nin 2030 Dayanıqlı İnkişaf Məqsədlərinin dəstəklənməsini təşviq edən Qlobal Sazişinə (UNGC) qoşulan ilk və yeganə Azərbaycan ali təhsil müəssisəsidir”.