Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev Ümumdünya Gömrük Təşkilatının ( ÜGT) onlayn seminarında iştirak edib.
"Report" xəbər verir ki, bu barədə Səfər Mehdiyev özünün tvitter hesabında məlumat paylaşıb.
"Bu gün ÜGT-nin Avropa Regionunda köklü dəyişmə yaradan texnologiyalar sahəsində təcrübə mübadiləsi üzrə keçirilən onlayn seminar yeni texnologiyaların gömrük orqanlarında tətbiqinin faydalarının öyrənilməsi, qabaqcıl təcrübələrin paylaşılması baxımından səmərəli olacaq",- S.Mehdiyev əlavə edib.